Əlaqə Arxiv
news Image
2013.12.11
10:45
| A A A
Bakıda tələbə qız faciəvi şəkildə öldü

18 yaşlı qızı "Mercedes" markalı minik maşını vuraraq içərisi yüklə dolu olan "KamAZ"ın altına atıb

Bakı şəhərində tələbə qızın faciəvi ölümü eşidənləri şoka salır. Bu gecə Xətai rayonu ərazisində baş vermiş hadisə zamanı baş bədəndən ayrılıb.


Əhmədli qəsəbəsində 18 yaşlı Cəmilə Bayramovanı "Mercedes" markalı minik maşını vuraraq içərisi yüklə dolu olan "KamAZ"ın altına atıb. "KamAZ" isə onun üstündən keçib. Nəticədə C.Bayramovanın başı bədənindən ayrılıb.


Xətai rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, C.Bayramova özü Qusar rayon sakinidir və Bakıdakı universitetlərdən birində təhsil alırmış. Mərdəkan qəsəbəsində yaşayan Cəmilə dünən bibisigilə gedirmiş və dəhşətli hadisə o zaman baş verib. Hazırda hər iki maşının sürücüsü saxlanılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz