Əlaqə Arxiv
news Image
2013.12.13
13:13
| A A A
Bakıda qəza nəticəsində piyada ölüb

Bakının Nizami rayonunda ölümlə nəticələnən tükürpədici yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, dekabrın 12-si saat 19 radələrində Nizami rayonu Qara Qarayev prospektində Bakı şəhər sakini Sabir Alıyev idarə etdiyi "İsuzu" markalı avtobusla yolu keçən paytaxt sakini Əlisahib Ataşovu vurub. Zərbənin təsirindən piyada Ə.Ataşov həmin istiqamətdə hərəkətdə olan Mövsüm Ağayevin idarə etdiyi "Buick" markalı avtomobilin altına düşüb. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və Ataşov orada ölüb.

Faktla əlaqədar cinayət işi açılıb.

Sizin Reklam Yeriniz