Əlaqə Arxiv
news Image
2013.12.20
12:19
| A A A
16 yaşlı məktəbli bıçaqlanıb

Hadisə Samux rayonun Sərkar kəndində törədilib

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Samux rayon Polis Şöbəsindən verilən məlumata görə , kənd sakini, 16 yaşlı məktəbli Tofiq Məmmədovla qonşusu, 34 yaşlı Nurlana İsmayılova arasında baş verən mübahisə T.Məmmədovun bıçaqlanması ilə nəticələnib. N. İsmayılova məktəbliyə bıçaq xəsarəti yetirib. T. Məmmədov dərhal Samux Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz