Təqsirkar ölkəsinə qayıdır
Movqe.Az xəbər verir ki, İngiltərə Ali Məhkəməsi, "Wikileaks"in qurucusu Julian Assangla əlaqədar İsveçə qaytarma istəyini qəbul edib. İsveç məhkəməsi Assangı, iki gənc qadınla zorla cinsi əlaqəyə girdiyi üçün təqsirləndirəcək və buna görə də İngiltərədən qaytarmasını istəmişdi.
Bu vəziyyətdə Assang 10 gün içində İsveçə qaytarılacaq. Tək qurtuluşu yolu Avropa İnsan Haqqları Məhkəməsinə (AİHM) getməkdir. Bu məhkəmə müraciəti etibarlı saysa qaytarma prosedurası təxirə salınacaq.
Avropa Təqsirkarların Qaytarması Müqaviləsinə görə, məhkəmə qərarı ilə qaytarılma baş tuta bilər. İsveçli prokuror Marianne Ni, məhkəmə qərarı olmadan qaytarma istəyində olduğunu açıqlamışdı.