Əlaqə Arxiv
news Image
2014.01.02
18:03
| A A A
Bayram günləri Bakıda təcili tibbi yardıma müraciətlərin sayı kəskin artıb

Dekabrın 31-dən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı xeyli artıb.

 

Bunu APA-ya açıqlamasında stansiyanın operativ şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

 

Z.Vahidova bildirib ki, əgər adi günlərdə təxminən 1600-1700 çağırış olurdusa, dekabrın 31-də çağırışların sayı 2500 olub: "Müraciət edənlərdən 90 nəfəri xəstəxanaya yerləşdirilib. Yanvarın 1-də isə 2400 çağırış olub. Demək olar ki, həmin günlər ərzində əsasən uşaq çağırışlarının sayı çox olurdu. Böyüklərdə isə arterial təzyiqlə bağlı müraciət edilirdi. Qida zəhərlənməsi faktları isə qeydə alınmayıb".

 

Z.Vahidova bayram günlərində dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayını da açıqlayıb. O bildirib ki, dekabrın 31-də 10 nəfər dəm qazından zəhərlənib. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə və yanvarın 1-də sutka ərzində dəm qazından zəhərlənmə ilə bağlı Təcili Yardıma 13 müraciət olub. 10 nəfər xəstəxanaya aparılıb və həkiməqədər 1 ölüm faktı qeydə alınıb. Həmin şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən 50 yaşında bir kişi olub.


Sizin Reklam Yeriniz