Əlaqə Arxiv
news Image
2012.06.01
15:47
| A A A
Mübarəkə 5 ulduzlu həbs

Movqe.Az bildirir ki, Misirdə mühakimə olunan və sabah qərarı açıqlanacaq keçmiş Prezident Hüsnü Mübarəkin həbs həyatının detalları dünən ilk dəfə mətbuatda yayımlanıb.

Əl-Ərəbiyənin verdiyi xəbərə görə, sağlamlıq problemi səbəbiylə paytaxt Qahirədəkı xüsusi bir klinikada müalicə alan Mübarək ciddi təhlükəsizlik tədbirləri altında saxlanılır.

Mübarəkin sağlamlığına 8 saatlıq növbə ilə işləyən 5 tibb bacısı nəzarət edir. Tibb bacıları tərəfindən Mübarəkin otağına mobil telefon keçirilməsinə icazə verilmir. Həkimlər də otağa daxil olmamışdan əvvəl ciddi şəkildə yoxlanılır.

Mübarəkin qaldığı otağa bitişik daha 5 lüks otaq var. Keçmiş lider üçün burada hovuz, cakuzi və sauna da təsis edilib.

Hüsnü Mübarək, "əl-Ehram" və "əl-Ahbar" qəzetlərini hər gün oxuyur və televiziyada isə xüsusilə, Suriya, Liviya və Yəmən kimi ölkələrdəki hadisələri izləyir.

O, "Bütün inqilabların arxasında ABŞ var" sözlərini bildirib.

Misirdəki seçkilərlə yaxından maraqlanan Mübarək, Müsəlman Qardaşların seçkilərdə qazandıqları müvəffəqiyyəti görüb təəccüblənib.

Sizin Reklam Yeriniz