Movqe.Az xəbər verir ki, Çində yeni doğulmuşları xəstəxanadan qaçıraraq insan satmaqda mühakimə olunan qadın doğum mütəxəssisi , edama məhkum edilib. Şinhua agentliyinin xəbərinə görə , qadın doğum həkimi Cang Şuşia , ölkənin şimalındakı Şaanşi əyalətinin Veynan şəhəri Ali Xalq Məhkəməsində baxılan məhkəmədə, " körpə oğurluğu " səbəbiylə iki il həbs cəzası alıb. Haqqında ömür boyu siyasi hüquqlardan məhrumiyyət və bütün mal varlığına əl qoyulması qərarı çıxan Cangın , qərara şikayət edəcəyi deyilib. Cang , əyalətin Fuping qəsəbəsində çalışdığı xəstəxanadan "valideynlrinə sağlamlıq problemləri olduğunu " söylədiyi yeni doğulmuş körpələri qaçıraraq insan alveri edən şəxslərə satmaqda təqsirləndirilir.
Edama məhkum edilən 55 yaşındakı qadın , 2011-2013 illər arasında ölkənin müxtəlif bölgələrindəki ailələrə 7 uşaq satdıqlarını etiraf etmişdi.
Uşaqlardan altısı , xilas edilərək ailələrinə təslim edilmiş, lakin min Yuenə satıldığı deyilən bir uşağın aprel ayında öldüyü ortaya çıxmışdı.
Uşaq taciri həkim , İyul ayında vəziyyətdən şübhələnən bir valideynlərin xəbərilə tutularaq nəzarətə alınmışdı