Əlaqə Arxiv
news Image
2014.01.15
16:20
| A A A
Yaşlı turistə təcavüz etdilər

Movqe.Az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Delhidə Danimarkalı turist qadının , bir qrup kişinin təcavüzünə məruz qaldığı bildirilib. 

Milli Muzeyi ziyarət etdikdən sonra dünən gecə qaldığı oteldən qayıdarən yolunu itirən 51 yaşındakı Danimarkalı qadının , bir qatar stansiyası yaxınlığında təcavüzə uğradığı ,pulu və pasaportunun oğurlandığı öyrənilib. Movqe.Az xəbər verir ki, hücumdan sonra otelinə getməyi bacaran turist qadının , polis və Danimarka Səfirliyinə zəng vuraraq kömək istədiyi deyilib. Polis spikeri Rajan Bhagat , adı açıqlanmayan Danimarka vətəndaşının verdiyi təsvirə söykənərək altı nəfərin nəzarətə alındığını söyləyib. Bhagat , "küçə axmaqları" olaraq xarakterizə etdiyi şübhəlilərin sorğulandığını deyib. Yeni Delhidə müalicə görməyi rədd edən turist , bu səhər təyyarə ilə ölkəsinə geri dönüb.

Digər təcavüzkarların tutulması üçün əməliyyat davam edir, Hindistan hökuməti ilə Danimarka səfirliyi , hələ hər hansı bir şərhdə tapılmayıb. Qadınlara və uşaqlara qarşı cinsi hücumların məşhur olduğu Hindistanda 2012-ci ildə 23 yaşındakı gənc bir qadının qrup təcavüzünə uğradıqdan sonra ölməsi , böyük etiraza səbəb olmuşdu. Kişi yoldaşı ilə mindiyi avtobusda 6 nəfərin təcavüzünə uğrayan gənc qadının müalicə üçün aparıldığı Sinqapurda şiddətli iç qanama səbəbiylə dünyasını dəyişməsindən sonra ölkə daxilində etirazlar təşkil edilmişdi.

Sizin Reklam Yeriniz