Əlaqə Arxiv
news Image
2012.04.06
02:05
| A A A
Meksikada polislə zidiyyət yaradan 9 şəbəkə üzvü öldürülüb
Meksikada polislə qarşıdurmaya girən 9 şəbəkə üzvünün öldürüldüyü bildirilib.

Müdafiə Nazirliyi tərəfindən edilən şərhdə ABŞ sərhədlərində yerləşən Nuevo Laredo şəhəri yaxınlığında meydana gələn qarşıdurmada öldürülənlər arasında keçən il 52 adamın həyatını itirməsinə səbəb olan kazino yanğınını təşkil edən Franisco Medina Mejianın da olduğu deyilib.

Şəbəkə üzvlərinin üzərində çox sayda tapança ilə yanaşı 8 tüfəng və bir RPG silahı tapılıb.

Zeta narkotik kartelinin lideri Miguel Angel Trevinonun sağ qolu olaraq tanınan Meji eyni zamanda təqaüdçü General Manuel Farfanın 2011-ci ildə öldürülməsi ilə əlaqədar olaraq da axtarışda olub.

25 Avqust 2011də Monterreydəki iki qatlı bir kazino binasına basqın edın Zeta Kartel üzvlərinin binanı atəşə verməsi nəticəsində 52 nəfər dünyasını dəyişib.


Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz