Əlaqə Arxiv
news Image
2012.06.08
11:54
| A A A
"Vampir" skeletləri tapılıb

Movqe.Az CNN-nə istinadən bildirir ki, Bolqarıstanda arxeoloqlar vampirə çevrilməmələri üçün sinələrinə dəmir paya keçirildikdən sonra basdırılmış iki skelet tapıb.

Cəsədlərin orta əsrlərə aid olduğunu söyləyən tədqiqatçılar belə bi şeyin ölkədə yüz illərdən bəri tətbiq olunmağa davam etdiyini söyləyiblər.

"Bəd niyyətli" olduğuna inanılan insanların ürəklərinə həyata dönüb insan qanı içməmələri üçün paya taxılırdı.

Buna bənzər sinəsinə paya taxılı insan qalıqları əvvəllər digər Balkan ölkələrində də tapılıb.

Bolqarıstanda buna bənzər 100 vampir məzarı daha var.

Ən son ''vampir'' qalıqları Qaradəniz sahilindəki Sozopol şəhərində aşkar edilib.

Sizin Reklam Yeriniz