Əlaqə Arxiv
news Image
2012.06.11
17:17
| A A A
Təyyarə qəzası baş verib

Movqe.Az bildirir ki, Çex Respublikasının şimal-qərbində təyyarə qəzaya uğrayıb, pilot həlak olub və 1 adam yaralanıb.

Ordunun spikeri Jana Ruziçkova, "L-29 Delfin" təyyarənin "Zatec" hava limanı yaxınlarında hələ də bilinməyən bir səbəblə qəzaya uğradığını açıqlayıb. Ruziçkova, qəzada pilotun öldüyünü, 1 adamın yaralandığını söyləyib.

Əvvəllər orduya aid olan təyyarənin xüsusi bir şirkət tərəfindən alındığı bildirilib.

Çex istehsalı "L-29 Delfin" təyyarələr, Varşava ölkələrinin orduları tərəfindən yüngül hücum təyyarəsi kimi və təhsil uçuşlarında istifadə edilib.

Sizin Reklam Yeriniz