Əlaqə Arxiv
news Image
2014.02.27
10:38
| A A A
Bakıda kəsilmiş insan ayağı tapıldı

Ayaq Qaraçuxur qəsəbəsində, Kərpiczavod ərazidə aşkarlanıb.

 Ötən gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində kəsilmiş insan ayağı tapılıb. Rayon Polis İdarəsi 32-ci polis bölməsindən verilən məlumata görə, ayaq Qaraçuxur qəsəbəsində, Kərpiczavod ərazidə aşkarlanıb. Dərhal hadisə yerinə həkimlər, polis və prokurorluq əməkdaşları cəlb olunub.


Aparılacaq tibbi ekspertizadan sonra tapılmış ayağın kimə məxsus olması araşdırılacaq. Hazırda ayağın hansısa cinayət səbəbindən kəsilməsi barədə istintaq başalnıb.


Hazırda məsələ ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.


Lent.az-ın məlumatına görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları ayağı 3 saylı şəhər xəstəxanasının morquna yerləşdirməyə qərar veriblər.


Aparılacaq tibbi ekspertizadan sonra müəyyən ediləcək göstəricilər əsasında ayağın kimə məxsus olması müəyyənləşəcək. Daha sonra isə hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verməsi və digər maraqlı məqamlar aydınlaşacaq.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz