Əlaqə Arxiv
news Image
2012.06.13
17:00
| A A A
İraq günə hücumlarla başladı

Movqe.Az xəbər verir ki, İraqın Hillə və Kərbəla şəhərlərində səhər saatlarında bomba yüklü 3 nəqliyyat vasitəsi ilə təşkil edilən hücumlarda ən az 23 adam həlak olub, 53 adam isə yaralanıb.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, səhər saatlarında Bağdadın 100 kilometr cənubundakı Hillə şəhərində bomba yüklü vasitələrlə təşkil edilən hücumlarda 10 adam ölüb, 38 adam yaralanıb.

Polis Akademiyasının şagirdlərinin yemək yediyi restorana edilən ilk hücumda 6 şagird həyatını itirib, 22  nəfər isə yaralanıb.

Bomba yüklü ikinci vasitənin partlaması nəticəsində isə 4 nəfər həyatını itirib, 16 adam yaralanıb.

Kərbəlada reallaşan bombalı hücumda da 3 adam həlak olub, 15 adam yaralanıb.

Sizin Reklam Yeriniz