Əlaqə Arxiv
news Image
2014.03.16
11:45
| A A A
Bakıda yol qəzası baş verib: 1 nəfər ölüb

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında Buzova-Bilgəh yolunda baş verib. 


Yolu keçməyə çalışan 50-55 yaşlarında kişini qəflətən maşın vurub. Ağır bədən xəsarətləri alan kişi hadisə yerindəcə keçinib. Qəza zamanı həyatını itirən kişinin şəxsiyyəti məlum deyil.

Digər bir avtoqəza Binə-Sədərək yolunda baş verib. Qəza iki minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı avtomobillərdən birini idarə edən sürücü ağır bədən xəsarətləri alıb. Orta yaşlarında olan sürücü yaxınlıqdakı xəsatəxanaya yerləşdirilib. /anspress/

Sizin Reklam Yeriniz