Əlaqə Arxiv
news Image
2014.03.18
19:09
| A A A
Polis maşınından cəsəd sallandı

Movqe.Az xəbər verir ki, Braziliyada polis vasitəsindən bir qadın cəsədinin sallanması kameralara əks olunub. 


Ötən günlərdə Braziliya polisi ilə qaçaqlar arasında yaşanan qarşıdurmada bir qadına güllə dəyib. Ağır bir şəkildə yaralanan qadını polislər vasitəyə mindirərək xəstəxanaya daşımaq istəyib. Həvəskar kamera tərəfindən çəkil görüntülərdə bir polis vasitəsindən sallanan qadın cəsədinin 250 metr müddətində süründürüldüyü görülür. Yaralandığı bölgədən xəstəxanaya polis vasitəsiylə aparılan qadın, vasitənin arxa qapısından düşüb və dünyasını dəyişib.


Polis, qadının qarşıdurma əsnasında yaralı bir şəkildə olduğunu və polis vasitəsinə mindirilib xəstəxanaya yetişdirməyə çalışdıqlarını söyləyib. Ölkəni ayağa qaldıran hadisə ilə əlaqədar istintaq başladıldığı öyrənilib.

Sizin Reklam Yeriniz