Əlaqə Arxiv
news Image
2014.03.20
09:18
| A A A
Telavinin Qaracalar kəndində 17 yaşlı azərbaycanlı qız özünü güllələyib

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində ölüm hadisəsi baş verib.


Movqe.az APA-ya istinadən xəbər verir ki , Qaracalar kənd orta məktəbinin 11-ci sinif şagirdi, 17 yaşlı Samirə Bəxtiyaraova silahdan atəş açaraq özünü güllələyib.

 

Telavi rayon xəstəxanasının həkimi Zurab Canaşvilinin sözlərinə görə, boğazından və sinə nahiyəsindən güllə yaraları alan S. Bəxtiyarova hadisə yerində ölüb. Hadisə yerinə polis patrul xidməti gəlib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, hadisənin baş vermə səbəbi araşdırılır.

 

Qeyri-rəsmi məlumata görə, S. Bəxtiyarovanın bu addımı atmasına valideynlərinin onu sevmədiyi şəxslə ailə qurmağa məcbur etməsi səbəb olub.   

Sizin Reklam Yeriniz