Bakıda qolunda iynə izi olan meyit tapıldı (VİDEO)
Movqe.az ans press-ə istinadən xəbər verir ki ,
paytaxtın Binəqədi rayonunda naməlum kişi meyiti tapılıb. Binəqədi
qəsəbəsi Cəfər Cabbarlı küçəsində tapılan meyiti ilk əvvəl sakinlər
görüblər. Bundan sonra polisə verilən məlumat əsasında hadisə
yerinə başda rayon Polis İdarəsinin rəhbərliyi olmaqla polislər və
rayon prokururorluğunun əməkdaşları cəlb olunub. Ərazidə aparılan
müayinə zamanı təxminən 30-35 yaşlı olan kişinin meyitinin üzərində
heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin qol nahiyəsində
iynə yerlərinin olması onun yüksək dozalı narkotik vasitənin
qəbulundan dünyasını dəyişməsi ehtimalını
artırıb.
Digər ehtimala görə, o narkotiki kənar ərazidə damarına yeridib və hadisə yerinə çatdıqda isə halı pisləşərək yıxılıb.
Aparılan ilkin müayinələr bitdikdən sonra mərhumun meyiti daha geniş müayinə olunması üçün ekspertizaya aparılıb.
Faktla bağlı isə rayon prokurluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən şəxsin kimiliyini müəyyən etmək istiqamətində iş aparılır.