Mizraqlı döyüş
Movqe.az xəbər verir ki, İndoneziyada yaşayan qəbilələr ox və mizraqları ilə bir-birilə döyüşüb. Papua bölgəsində reallaşan bu hadisənin əsası hələ 6 iyunda "Kampung Harapan" qəbiləsi liderinin "Kampung Amole" qəbiləsi üzvüylə eyni qəzada həlak olması ilə qoyulub.
Hadisənin
yalnız bir qəzadan ibarət olmadığını irəli sürən qəbilə liderləri
digər qəbiləyə müharibə elan edib. 500-ə yaxın döyüşçü ox və
mizraqları ilə meydana axın edib. Qarşıdurmada 2 nəfər həlak olub.
Bir nəfərin vəziyyəti isə ağırdır. Papua polisi ölən iki nəfərin
Kampung Harapan qəbiləsi üzvü olduğunu, ox yaraları səbəbindən
həyatını itirdiyini açıqlayıb. Lakin dəqiq ölüm səbəbləri
keçiriləcək Məhkəmə Tibb Ekspertizasının rəyi nəticəsində müəyyən
olacaq.