Əlaqə Arxiv
news Image
2014.04.17
14:04
| A A A
Facebook-da vidalaşıb atıldılar

Türkiyənin Eskişehir şəhərində iki yeniyetmə qızla bağlı faciə şok effekti yaradıb.8-ci sinifdə oxuyan, 14 yaşlı rəfiqələr N.F. və E.Ç. Facebook-dakı profillərində vidalaşandan sonra su kanalına atılıblar. Movqe.az AHT-yə istinadən bildirir ki, "Şehit Barış Öztürk Ortaokulu" məktəbinin şagirdləri olan bu qızlar su kanalına atılanda ətrafdakılar yardıma qaçıblar. Məktəbdən çıxaraq kanalın sahilinə gedən rəfiqələr içində dəftər-kitabları olan çantalarını və gödəkçələrini bir kənara qoyandan sonra suya atılıblar. E.Ç.-ni körpünün yaxınlığında sudan çıxarıblar. N.F. isə boğulub. Səhər saatlarında E.Ç. Facebook-dakı profilində yazmışdı: "Sən həmişə bəxtəvər ol, Yusifim. Ölüm xəbərimi alanda sevinəcək insanlar var. Mənə isə səhər yuxusu kimi sevəcəyim insan gərəkdir".


N.F. isə intiharından əvvəl profilində belə status yazmışdı: "Varlığımla tərbiyə olmayanı yoxluğumla tərbiyələndirəcəyəm".


Sizin Reklam Yeriniz