Əlaqə Arxiv
news Image
2014.04.24
14:55
| A A A
10 il əvvəl polisi qətlə yetirmiş şəxs tutuldu

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının  keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində 10 il əvvəl baş vermiş ağır cinayətin açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilmişdir.


Daxili İşlər Nazirliyi və Respublika Baş prokurorluğunun mətbuat xidmətlərindən Movqe.az-a verilən  məlumata görə, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirmiş və ona məxsus "Makarov" tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçmışdı.


Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 232.2.3-cü maddələri ilə cinayət işi başlanmışdı.


Sizin Reklam Yeriniz