Əlaqə Arxiv
news Image
2014.04.29
17:04
| A A A
Müəlliməsini bıçaqladı

İngiltərənin Lids şəhərindəki Korpus Kristi Katolik Kollecində 15 yaşında bir oğlan şagird 61 yaşındakı din dərsi verən müəllimi Ann Maguirenı boynundan bıçaqlayaraq öldürüb.


Səlahiyyətlilər iki uşaq anası müəllimin dərs izah edərkən arxadan hücuma uğradığını i , təcavüzkarın dərhal məktəb işçiləri tərəfindən nəzarət altına alındığını və qısa müddət sonra da həbs olunduğunu söyləyib. Adı mətbuata açıqlanmayan təcavüzkarın hadisədən əvvəl sinif yoldaşlarına bir bıçağı olduğunu və müəllimə hücum planladığını söylədiyi, lakin heç kimin onu ciddi qəbul etmədiyi də deyilib.


Facebook profilində yalnız bir əzrail fotoşəkili olan və dostu olmayan təcavüzkarın ana-atasının boşandığı və atasının şəhər bələdiyyə rəhbəri olduğu açıqlanıb.

 

Qərbi Yorkşire polisi səlahiyyətlilərindən Paul Money mövzuyla əlaqədar BBC-yə etdiyi şərhdə , "Hadisə çox tez reallaşıb və başqa tələbələr və ya müəllimlər hədələnməyib . Lakin hadisəyə şahid olanlar üçün bu əlbəttə çox dəhşətli bir hadisədir" deyib. Money hücumda istifadə edilən bıçağın da hadisə yerində olduğunu söyləyib.



Sizin Reklam Yeriniz