Uşaqlarını 15-ci mərtəbədən atdı
Movqe.Az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada
yaşayan Qalina Ryabkova 4 və 7 yaşlarındakı iki oğlunun
"dəcəlliklərinə dözə bilmədiyi" üçün 15-ci mərtəbənin eyvanından
yerə atıb. 30 yaşındakı Ryabkova uşaqlarını aşağıya atdıqdan sonra
mənzildən çıxıb, lakin yolda uşaqlarının düşdüyünü görən qonşuları
tərəfindən dayandırılıb. Hadisənin kamera görüntülərini izləyən
polis Ryabkovanın hadisədən sonra çox sakit göründüyünü müşahidə
edib. İngilis "Daily Mail" qəzetinin xəbərinə görə Ryabkovanın
uşaqlarının davranışlarına dözə bilmədiyi üçün onlardan xilas
olmağa qərar verdiyi fikri iddia edilib. Qonşular təcili yardım
qrupu çağırsa da gec olub, uşaqlar hadisədən dərhal sonra dünyasını
dəyişib.