“Ərim gözümün qabağında Ceyranla sekslə məşğul olurdu"
Gədəbəy rayon sakini, 1984-cü il təvəllüdlü Naibə Quliyeva öz həyat
yoldaşını öldürüb. O, həyat yoldaşı tərəfindən içgəncələrə məruz
qalıb və sonda dözməyərək cinayətə əl atıb.
Teleqraf.com-un araşdırmasına görə, hadisə 2012-ci il
noyabrın 2-də baş verib. Naibə Quliyeva 2008-ci ildən Maqsim
Axundovla qeyri-rəsmi ər-arvad münasibətində olublar. Onlar
birlikdə , Gədəbəy rayonu Şahdağ kəndində yaşayıblar. Maqsim
Axundov Naibəni bu illər ərzində təhqir edib, işgəncələrə məruz
qoyub. Maqsim sonuncu dəfə Naibəyə noyabrın 1-də işgəncə verib.
Bundan sonra Naibə Maqsimlə ər-arvad kimi birlikdə yaşamağın
qeyri-mümkün olduğunu görüb. O, Bakı şəhərində yaşayan atası
evinə getmək üçün yaşadığı evdən çıxaraq əvvəlcə Gədəbəy rayonu,
Düzyurd kəndində yaşayan nənəsi Telli Quliyevanın evinə gəlib. Onun
evdən çıxıb getməsini bilən Maqsim Axundov noyabrın 2-də, saat
17.00-da həmin evə gələrək onu yenidən döyüb. Maqsim sonra Naibəni
zorla evdən çıxarıb. Bu zaman Naibə Maqsim Axundovdan qisas alaraq
onu öldürmək qərarına gəlib. Bu məqsədlə evdən götürdüyü bıçaqla
Maqsim Axundovu bıçaqlayaraq öldürüb. "Maqsim məni söyüb,
təhqir edib" Bu əməli ilə Naibə Quliyeva Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham
olunub və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Məmmədovun
sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmədə ifadə
verən Naibə Quliyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli
bilib. O, ifadəsində göstərib ki, Maqsim Axunodovla 2008-ci ildə
qeyri-rəsmi ailə qurub. Onun sözlərinə görə, həmin ildən Maqsimə
məxsus Gədəbəy rayonu, Şahdağ kəndində olan evdə yaşayıblar: "Birgə
nikahımızdan 2010-cu ildə bir uşağımız olub. İlk əvvəl ər-arvad
kimi münasibətlərimiz yaxşı olsa da, sonradan Maqsim mənə qarşı
kobud davranıb, daim məni söyüb, təhqir edib, döyüb. Onun belə
hərəkətlərinin sayı-hesabı olmadığından konkret olaraq hansı
tarixlərdə döyülməyimi xatırlamıram". "Ərim saçımdan tutaraq
başımı taxta döşəməyə çırpdı" Naibə Quliyevanın sözlərinə
görə, 2010-cu ilin yay aylarında Maqsim sərxoş vəziyyətdə evə
gəlib: "Maqsim kiminsə onu əsəbləşdirdiyini dedi və daha sonra
bıçaqla sol arxa nahiyəmdən vurdu, mənə xəsarət yetirdi. Həmin ilin
qış aylarında çörək bişirdiyim vaxt Maqsim oduncağı götürərək heç
bir səbəb olmadan alnıma basaraq məni dağladı. Sonuncu dəfə isə
hadisədən bir gün əvvəl Ceyran adlı qadının yanında məni yumruq,
təpiklə döydü. Ərim saçımdan tutaraq başımı taxta döşəməyə çırpdı.
Maksim hər dəfə məni döyəndə kiməsə deyəcəyim təqdirdə, başımı
kəsəcəyini, valideynlərimin yanına qaçacağım halda isə gecə benzin
töküb onların evini yandırıb kül edəcəyini dedi. O, məni daim qorxu
altında saxlayıb. Həm buna görə, həm də ailəmin dağılmaması üçün
Maqsimin məni döyməsi barədə heç bir orqana şikayət etməmişəm. Bir
neçə dəfə acıq edərək atamgilə getsəm də, sonradan Maqsim arxamca
gəlib. O, məni və valideynlərimi dilə tutaraq yenidən geri
qaytarıb. Axırıncı dəfə Bakı şəhərinə atamın evinə getdim. Üç ay
valideynlərimin yanında qaldıqdan sonra Maqsim arxamca gəldi. O,
yenidən valideynlərimə yalvararaq, məni özü ilə kəndə apardı".
"Atama özümü öldürəcəyimi dedim" Təqsirləndirilən
şəxsin sözlərinə görə, 2009-cu ilin aprel ayında atası Gədəbəy
rayonuna toy mərasiminə gəlib: "Atam toydan çıxandan sonra mənə baş
çəkmək üçün kənddə olan evimizə gəldi. Həmin vaxt atam sifətimdə
xəsarət olduğunu gördü, kim tərəfindən döyülməyimi soruşdu. Hər
şeyi atama danışaraq artıq Maqsimlə yaşamağının mümkün olmadığını,
Maqsimin mənimlə yola getmədiyini, məni mütəmadi olaraq döydüyünü
bildirdim. Bu zaman atama onunla birlikdə evimizə getmək istədiyimi
dedim. Atamın isə məni evə aparmaq istəmədiyini gördüm,
aparmayacağı təqdirdə özümü öldürəcəyimi dedim. Atam da bundan
sonra məni özü ilə Bakı şəhərinə apardı. Təxminən bir ay atamgildə
qaldıqdan sonra Maqsim yenidən gəldi. Maqsim məni və valideynlərimi
inandırmağa çalışdı ki, mənə qarşı yaxşı münasibətdə olacaq,
incitməyəcək və hərəkətlərindən peşiman olduğunu dedi. Maqsim böyük
çətinliklə məni və valideynlərimi razı saldı. Azyaşlı körpə uşağımı
da götürərək yenidən kəndə qayıtdim. Maqsim bir-iki gün mənimlə
mehriban olsa da, yenə də əvvəlki kimi spirtli içki qəbul edərək
sərxoş vəziyyətdə mənə qarşı olan həmin hərəkətlərini davam
etdirib. Dəfələrlə evimizə getmək istəsəm də, Maqsim evimizə
gedəcəyim təqdirdə Bakı şəhərinə gələrək məni və valideynlərimi
öldürəcəyini, evimizi isə yandıracağı ilə hədələyib. Qorxumdan onun
bu hərəkətlərinə birtəhər dözmüşəm. Lakin uşağımın təxminən 1 yaşı
yenicə tamam olduğu vaxt Maqsimin hərəkətlərindən bezərək telefonla
anam ilə danışdım. Ona Maqsimin hərəkətləri barədə məlumat verdim.
Daha sonra anamdan məni Bakı şəhərinə evimizə aparmasını istədim".
"Maqsim anamın ayaqları altına yıxılaraq yalvardı"
Naibə Qiliyeva qeyd edib ki, anası ilə danışandan bir neçə gün
sonra anası onlara gəlib: "Anam halımın pis olduğunu gördü. Buna
görə də məni uşağımla birlikdə Bakı şəhərinə apardı. Atam evinə
gəldikdən təxminən iki-üç gün sonra eşitdim ki, Maqsim artıq
Gədəbəy rayonunun İnəkboğan kənd sakini Ceyran adlı bir qızla
evlənib. Bundan bir müddət sonra Maqsim yenidən Bakı şəhərinə
gələrək mənimlə barışmaq istədiyini, məni aparıb normal ailə kimi
saxlayacağını dedi. Buna etiraz etdim. Maqsim anamın ayaqları
altına yıxılaraq yalvardı. O, anamı inandırdı ki, evləndiyi Ceyran
adlı qızı artıq evdən qovub və hazırda tək yaşayır, bundan sonra
isə normal ailəsi kimi məni və uşağını saxlayacaq. Atam
evində yaşamağın çətin olduğuna görə məcbur olaraq Maqsimlə
birlikdə yenidən kəndə qayıtdım. Lakin bu dəfə Maqsim məni
valideynlərinin yaşadığı evə gətirmədi. Gələndən sonra Maqsimin
məndən sonra aldığı Ceyran adlı qızın həqiqətən də evdə olmadığını
gördüm. Maqsim məni evə gətirəndən sonra təxminən bir həftə
mehriban dolandı. Bir həftədən sonra Maqsim yenidən həmin
hərəkətlərini davam etdirərək mənimlə dalaşmağa və söyüb təhqir
etməyə başladı". "Azyaşlı uşağım ilə mən bir çarpayıda, ərim
isə Ceyranla digər çarpayıda yatırdı" Naibə Quliyevanın
sözlərinə görə., Maqsimin ona işgəncə verməsinə baxmayaraq məcbur
olub dözüb, atası evinə qayıtmaq istəməyib: "Mənim başqa yerdə də
yaşamağa yerim olmayıb. Hadisədən 4-5 gün əvvəl isə Maqsim Ceyranı
yenidən evə gətirdi. Mən bu vaxta kimi Maksimin kənddə olan evində
yaşamışam. Maqsimin Ceyranı qaytarmasına etiraz etsəm də, Maqsim
hər ikiimiz ilə birlikdə bir evdə yaşayacağını deyərək məni də
həmin evə apardı. Lakin həm mən, həm də Ceyran buna etiraz etdik.
Maqsimə ya məni, ya da Ceyranı saxlamasını dedim. Həmçinin Ceyran
da eyni sözləri Maqsimə söylədi. Maqsim isə hər ikimizi
saxlayacağını bildirdi. Maqsimin bu hərəkəti hər ikimizə çox pis
təsir etmişdi. Maqsim Ceyranın yanında da məni söyüb, təhqir edirdi
və bütün ev işlərini mənə gördürürdü. Qaldığımız həmin ev isə iki
otaqdan ibarət olsa da, bir otağı təmirsiz olduğuna görə, hamımız
bir otaqda yaşayırdıq. Azyaşlı uşağım ilə mən bir çarpayıda, ərim
isə Ceyranla digər çarpayıda yatırdı". "Ərimə məni məcbur
edirdi ki, Ceyrana etdiyi hərəkətlərə baxım"
Təqsirləndirilən şəxs deyib ki, əri Ceyranla yatağa girəndə işığı
söndürməyə qoymurmuş: " Ərim işığı yanılı qoymaqla əvvəlcə Ceyranla
hər cür formada cinsi əlaqədə olurdu. Ceyranın qışqırtılarına,
yalvarışlarına əhəmiyyət verməyərək, ona qarşı seksual
hərəkətlərini edirdi, etiraz etdikdə isə Ceyranı döyürdü. Ərim məni
Ceyrana etdiyi hərəkətlərə baxmağa məcbur edirdi. Hadisədən bir gün
əvvəl Maqsim axşam saatlarında evə gələrək özü ilə gətirdiyi bir
butulka arağı içmək üçün yemək istədiyini bildirdi. Maqsim mənə
kartof hazırlamağımı tapşırdı. Mən də Ceyranla birlikdə kartofu
qızardıb onun qarşısına qoyduq. Sonra üçümüz birlikdə həmin yeməyi
yedik. Maqsimin təkidilə birlikdə bir butulka arağı içdik. Sonra
Maqsim həm Ceyrana, həm də mənə soyunmağımızı dedi. Maksim özü də
paltarlarını soyunaraq stulda oturdu və Ceyranı məcbur etdi ki,
dizlərini yerə qoyaraq onun cinsiyyət orqanını ağız nahiyəsinə
alsın. Ceyran onun dediyini etdi. Maksim daha sonra isə Ceyranla
qeyri-təbii yolla cinsi əlaqədə oldu. Ceyrandan sonra Maqsim
mənimlə də həmin hərəkətləri etmək istədi. Mən buna etiraz etdim.
Maqsim məni yerə uzadaraq başımı döşəməyə çırpdı, Ceyran isə məni
Maqsimin əlindən aldı. Bundan sonra Maqsim yatdı". "Ərim
dedi ki, qayıdanda gör sənin başına nə oyunlar gətirəcəm"
Naibə Quliyeva əlavə edib ki, Maqsimlə belə yaşamağın mümkün
olmadığını görüb və uşağı ilə harasa getmək haqqında düşünüb:
"Həmin günün səhəri Maqsim səhər yeməyini yedi və ata minərək Köhnə
Qışlaq kəndinə meşədən topladığı odunları satmaq üçün müştəri
tapmağa getdi. O, gedərkən mənə dedi ki, qayıdanda gör sənin başına
nə oyunlar gətirəcəm. Maqsim gedəndən sonra uşağımı götürərək evdən
çıxdım. Ceyran dedi ki, o da mənimlə birlikdə getmək istəyir.
Ceyran bildirdi ki, Maqsim evə gələndə evdə olmadığımı və uşağımı
da götürüb getdiyimə imkan verdiyinə görə mütləq onu danlayacaq.
Ceyrana getməməsini bildirsəm də, Ceyran qəti şəkildə Maqsimlə
yaşamaq istəmədyini bildirdi. Həmin günü saat 11.00-da özümə və
uşağıma aid geyim əşyalarını bir salafana, Ceyran da özünə aid
paltarlarını bir salafana yığdı. Biz birlikdə evi tərk etdik".
"Maqsim qucağımda körpə uşağının olmasına əhəmiyyət
verməyərək üstümə cumdu" Təqsirləndirilən şəxs qeyd edib ki,
kənddən tanımadığı bir şəxsin minik avtomobili ilə əvvəlcə
Saratovka kəndinə gəlib: "Oradan da başqa tanımadığım şəxsin
avtomobili ilə Düzyurd kəndinə gedən yola qədər gəldim. Orada
avtomobildən yerə düşdüm və piyada həmin kənddə yaşayan nənəm
Telligilə gəldim. Həmin vaxt evdə nənəm Telli və onun azyaşlı
nəvəsi, yəni bibim Rənanın qızı Lamiyə vardı. Nənəm Telli bibim
Rəna, Rənanın oğlu İsmət və Rənanın qızları Lalə və Lamiyə ilə bir
evdə yaşayırlar. Bibim Rəna və oğlu İsmət işdə olmaları, bibim qızı
Lalə isə rayon mərkəzində kiminsə toy məclisinə getdiyi üçün evdə
yox idi. Nənəm çox yaşlı olduğuna görə həm eşitmirdi, həm də adam
tanımırdı. Nənəm Telligilə gəlməkdə məqsədim məni Bakı şəhərinə
aparmaları üçün valideyinlərimə xəbər göndərmək, həm də Ceyrana
kömək edərək onu Şəmkir rayonunda yaşayan qardaşıgilə yola salmaq
olub. Ceyranla birlikdə nənəmgildə yemək yediyimiz vaxt Gədəbəy
rayonunun Qumlu kəndində yaşayan bibim Rəxşəndə və onun arxasınca
da Maqsim ora gəldilər. Maqsim içəri girən kimi Ceyranın üstünə
cumaraq başına bir yumruq zərbəsi vurdu. Ceyran isə otaqdan
çölə çıxdı. Ceyran qaçdıqdan sonra Maqsim qucağımda azyaşlı körpə
uşağının olmasına əhəmiyyət verməyərək üstümə cumdu. Maksim başıma,
sifətimə bir neçə sillə, yumruq vurdu. Uşağın qorxmaması üçün onu
çarpayının üstünə qoydum. Maqsim yenidən üsümə gəldi. O, məni söyüb
təhqir etməklə bərabər həmçinin başıma-sifətimə yumruq zərbələri
vurdu. Bibim qızı Lamiyə isə qorxusundan evdən çölə çıxdı. Bibim
Rəxşəndə isə Maqsimin məni vurmaması üçün onu arxadan qucaqlayaraq
çətinliklə çölə çıxardı. Lakin buna baxmayaraq, Maqsim yenidən
otağa qayıtdı. Həmin vaxt Maqsimin stolun üstündə olan bıçağa
baxdığını və bıçağı götürmək istədiyini hiss etdim. Ondam qabaq
stolun üstündə olan bıçağı götürdüm. Maqsim isə həmin bıçağı
əlimdən almağa çalışdı. Bu zaman Maksim vura-vura məni evdən çölə
çıxardı. Çöldə Maqsim yumruqla sinəmdən vurduqdan sonra evin
divarına söykəndim. Maqsimi itələdim, eyni zamanda bıçaqla onun
ürək nahiyyəsindən bir zərbə vurdum. Həmin zərbədən sonra Maqsim
yerə yıxılsa da, yenə də nalayiq söyüşlər söydü, məni öldürəcəyi
ilə hədələdi. Bibim Rəxşəndədən xahiş etdim ki, Maqsimi otağa
aparmaqda mənə köməklik etsin. Bibim ilə birlikdə Maqsimi otağa
gətirdik. Otaqda Maqsimin ürək nahiyyəsindən axan qanını kəsmək
üçün onun sinəsinə stol üstünü sildiyimiz parçanı qoydum. Nə mən
də, nə də bibim mobil telefon olmadığına görə təcili yardıma zəng
edə bilməmişik. Maqsim yerdə xırıldayaraq qalmışdı, bir azdan onun
xırıltısı kəsildi və bununla da onun öldüyünü bildim. Bir qədər
sonra isə həmin evdə yaşayan bibim Rənanın oğlu İsmət, sonra isə
Ceyran evə gəldilər. Bibim oğlu İsmət hadisə barədə bizdən məlumatı
alandan sonra çölə çıxdı, kiməsə telefonla zəng etdi. Bundan 10-15
dəqiqə sonra isə bibim Rəna və onun qızı Lalə evə gəldilər. Bibim
evdə Maqsimin meyitini gördükdə əsəbləşərək məni söyüb təhqir etdi
və qarğış etdi ki, niyə ərini öldürdün. Bibim Rəna gələndən sonra
Maqsimin ölməsinə baxmayaraq, hər ehtimala görə təcili tibbi
yardıma zəng etdi. Maqsimi xəstəxanaya göndərdik. Səhəri günü polis
əməkdaşları məni yolda tutaraq polis şöbəsinə apardılar".
"Naibə tək oğlumu öldürə bilməzdi" Zərərçəkmiş şəxsin hüquqi
varisi Məryəm Axundova deyib ki, mərhum Maqsim Axundov onun
oğludur: "Maqsim 2004-cü ildə Fərqanə adlı qızla ailə həyatı qurub,
birgə nikahlarından bir oğlan uşaqları olub. Lakin Fərqanə sonradan
ağır xəstəliyə düçar olduğundan onu müalicə etdirməyə maddi
imkanımız olmayıb. Valideynləri Fərqanəni öz yanlarına aparıblar.
Maqsim Fərqanədən ayrıldıqdan sonra 2008-ci ildə Naibə ilə ailə
həyatı quraraq həmin vaxtdan onunla ər-arvad kimi yaşayıb. Naibə
ilə birgə nikahlarından bir qız övladları olub. Onların evlərində
şərait olmadığından Maqsimlə Naibə mərhum qaynatamdan miras qalmış
evdə yaşayıb. Yaşadıqları müddətdə Maqsimlə Naibə arasında mənə
məlum olmayan səbəblərə görə narazılıqlar olub. Naibə bir neçə dəfə
valideynlərinin yanına gedib. Çox vaxt isə Naibənin anası gələrək
onu evlərinə aparıb. Hər dəfə də Maqsim Naibənin arxasınca gedərək
onu evlərinə qaytarıb. Hətta elə hal olub ki, Naibə özü Maqsimə
zəng edərək valideyinləri ilə yola getmədiyini, valideyinləri ilə
qala bilmədiyini bildirib. Naibə Maqsimə onu aparmasını xahiş edib.
Maqsim də Bakı şəhərinə gedərək Naibəni evə qaytarıb. 2009-cu ildə
Naibə Maqsimlə aralarında yaranmış narazılığa görə uşağını da
götürərək atası evinə gedərkən yolda Maqsimlə qarşılaşıb. Maqsim
uşağı onun əlindən alıb. Buna görə də Naibəgil polisə şikayət
edərək uşağı Maqsimdən alıblar. Naibə gedəndən 3-4 ay sonra Maqsim
İnəkboğan kənd sakini Ceyran adlı qadınla ailə həyatı qurub. Ceyran
da mənə məlum olmayan səbəblərə görə bir neçə dəfə evdən gizlin
olaraq qaçıb. Maqsim isə onu geri qaytarıb. Hadisədən təxminən bir
ay əvvəl Ceyran yenidən evdən gedib. Maqsim də Bakı şəhərinə
Naibənin atası evinə gedib və Naibəni kəndə gətirib. Təxminən bir
həftə sonra isə Ceyranı da evə qaytarıb. Maqsim Ceyranda vaxtından
əvvəl doğuş sancılarının baş verməsini bilərək ona baş çəkmək üçün
gedib. Həmin gün Maqsim evə gəlməyib. Səhəri günü isə Ceyranla
birlikdə qayıdaraq onu kəndin yuxarı hissəsində yerləşən
qaynatasına məxsus evə aparıb. Sonradan Maqsimin özünün mənə
deməsinə görə Ceyranda ev şəraitində açılış olub və doğuşu özü evdə
edib. Həmin vaxt Maqsim Ceyrana baxmağım üçün məni həmin evə
aparmaq istədi. Lakin bundan imtina edəndən sonra Naibəni
həmin evə apardı. Üç gündən sonra isə uşaq doğuş zamanı sağlam
doğulmadığından öldü. Bundan sonra oğlum Maqsimin Naibə və Ceyranla
necə dolanmalarından, yola gedib-getməmələrindən məlumatım olmayıb.
Oğlumun arvadı Naibə tərəfindən öldürülməsini isə hadisənin
səhərisi günü bilmişəm. Lakin necə və hansı şəraitdə, eləcə də nə
səbəbə görə öldürülməsindən xəbərim olmayıb. Sonradan isə
eşitdiyimə görə Naibə azyaşlı uşağını da götürərək Ceyranla
birlikdə evdən çıxaraq Düzyurd kəndində yaşayan nənəsi evinə gedib.
Sonra Maqsim onun arxasınca gedib və Naibəni evə qaytarmaq istəyib.
Naibə isə qayıtmaq istəməyib. Həmin vaxt mübahisə zamanı Naibə
bıçaqla oğlumu vurub. Həmin vaxt Naibənin bibisi və həmçinin Ceyran
da orada olublar. Onlar üçü birləşərək oğlumu öldürüblər. Çünki
Naibə tək oğlumu öldürə bilməzdi". "Maqsim heç bir səbəb
olmadan məni döyüb" Cinayət işi üzrə şahid qismində ifadə
verən Ceyran Abdullayeva deyib ki, Maqsimlə 2011-ci ildə
qeyri-rəsmi ailə həyatı qurub. Onun sözlərinə görə, ilk əvvəl
Maqsimin valideynlərinə məxsus evdə qaynatası Bayram, qaynanası
Məryəm və şikəst baldızı Güllü ilə birlikdə yaşayıb: "Maqsim
mənimlə ailə həyatı qurduğu ilk gündən yola getməyib. Heç bir səbəb
olmadan məni söyüb təhqir edib və döyüb. Evlənəndən bir neçə gün
sonra Maqsimgilin həyətlərində ot tayası yanıb. Maqsimin
valideynləri otun yanmasında Maqsimi günahkar görərək bizi evdən
qovdular. Maqsim də mənimlə birlikdə kəndin aşağı tərəfində olan
başqa bir evə köçərək orada yaşamağa başladıq. Həmin evdə də Maqsim
mənə olmazın işgəncələrini verib, hər gün içkili vəziyyətdə evə
gələrək heç bir səbəb olmadan məni döyüb. Ondan şikayət etmək
istəsəm də, ailəmin dağılacağından və qardaşlarımın mənə yiyə
durmayacağından qorxaraq onunla yaşamağa məcbur olmuşam".
"Maqsim məni içirdəndən sonra istədiyi formalarda cinsi əlaqədə
olmağa məcbur edib" Ceyran Abdullayeva daha sonra ifadəsində
Maqsimin ona verdiyi işgəncələrdən, seksual xarakterli hərəkətlər
etməsindən danışıb: "Maqsim həmişə özü ilə bərabər mənə də zorla
spirtli içki içirdib. Maqsim məni içirdəndən sonra istədiyi
formalarda cinsi əlaqədə olmağa məcbur edib. O, mənimlə qeyri-təbii
yolla cinsi əlaqədə olub və digər zorakı seksual hərəkətlərə vadar
etmək istəyib. Buna etiraz etdikdə Maqsim məni döyüb. Maqsimin
hərəkətlərinə dözə bilməyərək acıq edib atam evinə getmişdim.
Bundan bir neçə gün sonra isə Maqsimin əvvəlki arvadı Naibəni Bakı
şəhərindən geri qaytardığını eşitdim. Atam evində olarkən isə qarın
nahiyəmdə sancılar olduğundan bu barədə Maqsimə xəbər göndərdim ki,
məni aparsın. Maqsim də məni kənddə babasına məxsus evə
apardıqdan bir neçə gün sonra vaxtından əvvəl doğuş keçirdim. İki
gün sonra uşaq öldü. Bundan sonra Maqsim öz anasını yanına gətirib
saxlayacağını desə də, nədənsə anası gəlmədi. Maqsim sonra birinci
arvadı Naibəni həmin evə gətirdi". "Naibə cinsi əlaqədə
olmadığı üçün döyüldü" Şahid daha sonra ifadəsində qeyd edub
ki, Naibə onunla qaldığı müddət ərzində evdə olan bütün işləri
görüb: "Maqsim isə demək olar ki, hər gün evə sərxoş
vəziyyətdə gəlirdi, evə gələndə də özü ilə araq gətirdi və həmin
araqdan bizə də içirdirdi. Araq içmək istəməyəndə isə bizi döyürdü.
Maqsim mənə araq içirtdikdən sonra məcburi şəkildə qeyri-təbii
yolla cinsi əlaqədə olurduq. O, Naibəni də bizə baxmağa məcbur
edirdi. Maqsim mənə elədiyi hərəkəitləri Naibənin də təkrar
etməsini istədi. Naibə onunla razılaşmadığı üçün döydü. Noyabrın
1-də səhər saatlarında Naibə bulağa su gətirməyə gedən zaman bir
qədər gec qayıtdığına görə Maqsim onu möhkəm döydü. Həmin gün axşam
Maqsim evə gələndə bir ədəd litrlik araq da gətirmişdi.
Birlikdə oturub yeyib-içdik. Həmçinin mən və Naibə də
Maqsimin təkidi ilə araq içdik. Yeyib-içdikdən sonra həmin gecə
Maqsim Naibə ilə mənə soyunmağımızı dedi və özü də paltarlarını
soyunaraq stulda oturdu. Maqsim mənə dizlərimi yerə qoyaraq
oturmağımı dedi...(şahid ifadəsində maqsim tərəfindən edilən
əxlaqsızlıq hərəkətlərini və cinsi əlaqədə olmağı çılpaqlığı ilə
danışıb. Buna görə də şahidin həmin hissədə ifadəsini təqdim
etmirik). 7 il cəza Ceyran Abdullayeva ifadəsində
həmçinin bildirib ki, ertəsi gün Maqsim evdən gedəndən sonra Naibə
də uşağı ilə birlikdə evi tərk edib. Onun sözlərinə görə, o, da
Naibə ilə birlikdə evdən çıxıb. O, qeyd edib ki, Naibənin
bibisigildə olduğu zaman Maqsim ora gəlib. O, ifadəsinin sonunda
Naibə ilə Maqsim arasında yaranan mübahisədən, sonra isə Naibənin
Maqsimi bıçaqlamasından danışıb. O, qeyd edib ki, Naibənin
əvvəlcədən Maqsimi öldürmək niyyəti olmayıb, hadisə təsadüfən baş
verib. Məhkəmənin hökmü ilə Naibə Quliyeva 7 il müddətinə
azadlıqdan məhrum edilib. Naibə Quliyevanın barəsində olan "ev
dustaqlığı" qətimkan tədbiri dəyişdirilərək barəsində "həbs"
qətimkan tədbiri seçilib. Naibə Qilyeva məhkəmə zalındaca həbs
edilib. Ərini öldürən qadın həbsdən azad edildi
Hökmdən narazı qalan Naibə Quliyeva apelyasiya şikayəti verib. Onun
şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl
Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara
görə, Naibə Quliyevanın apelyasiya şikayəti təmin edilib. Məhkəmə
Naibə Quliyevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsini həmin məcəllənin 123.1-ci (zəruri
müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edib.
Həmin maddə ilə Naibə Quliyeva 1 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib. Naibə Quliyevanın barəsində təyin olunan cəza həbsdə
saxlanıldığı müddətlə başa çatıb. Buna görə də Naibə Quliyeva
həbsdən azad edilib.