Əlaqə Arxiv
news Image
2014.05.13
16:14
| A A A
Bakıda iki qardaşın arvad davası

Bakıda qardaşa atılan bıçaq onun gicgahına sancılıb. 


İki gün əvvəl Binəqədi rayonu ərazisində baş vermiş qardaş davasının təfərrüatları məlum olub.


Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, mayın 11-də Biləcəri qəsəbəsi, Füzuli küçəsində yaşayan 29 yaşlı Siyavuş İbrahimov özündən 3 yaş böyük qardaşı Rəşadın qanını axıdıb. Polis nəzarətinə götürülən S.İbrahimov ifadəsində deyib ki, arvadı ilə dava edirmiş, bu zaman Rəşad müdaxilə edib.


 Qardaşının arvadı ilə mübahisəsinə müdaxilə etməsi onun xoşuna gəlməyib. Elə stolun üzərində olan bıçağı ona atıb, bıçaq da onun gicgahına sancılıb. Bununla da hirsi soyumayan Siyavuş bıçağı yenidən götürərək Rəşadın qarnına zərbə vurub. Sonra isə birgə taksi fəaliyyəti ilə məşğul olduqları "Mercedes"lə xəstəxanaya çatdırıb.

Sizin Reklam Yeriniz