Əlaqə Arxiv
news Image
2014.05.20
10:56
| A A A
Azərbaycanlı gəncin törətdiyi cinayət Rusiyanı bir-birinə qatdı (FOTO)
Xantı-Mansiyskdə 2-ci "Orxan Zeynalov hadisəsi" yaşanmaqdadır

Rusiyada azərbaycanlı gənc Xantı-Mansiysk Muxtar Vilayətinin Yuqra şəhərində ağır cinayət hadisəsi törədib. Anspress-in məlumatına görə, Maarif Məmmədov adlı 19 yaşlı azərbaycanlı özündən 4 yaş böyük 23 yaşlı Yuliya Paxteyevanı qətlə yetirib. Anası ilə evə qayıdan Yuliyanı izləyərən Maarif Məmmədov imkan tapan kimi ona hücum edərək gənc qadına bir neçə bıçaq zərbəsi endirib.


Qatilin dalbadal bıçaq zərbələri ilə ağır yaralanan qız anasının gözləri qarşısında ölüb. Bu dəhşətli qətl bütün Xantı-Manskiskidə rezonansa səbəb olub. Mətbuatda da geniş səs-küyə səbəb olan hadisə etnik miqrantların hədəfə çevrilməsinə gətirib çıxarıb. İnsanlar bu cür hadisələrin baş verməsində yerli hakimiyyət orqanlarını günahkar biliblər.


Hadisənin böyük rezonansa səbəb olması yerli hakimiyyət orqanlarını da hərəkətə keçirib. 


Belə ki, Xantı-Mansiysk qubernatoru, vilayətin İstintaq İdarəsi qətllə bağlı işi bilavasitə nəzarətə götüblər. 


Yerli mətbuatda bildirilib ki, Maarif Yuliyanı sevirmiş və əldə edə bilmədikdə onun zorlayıb. Gənc qız isə qardaşı ilə birgə polisə gedərək Maarifin cəzalandırılması üçün ərizə yazıb. Polislər azərbaycanlı gənci saxlasa da çox keçmədən buraxıblar. Maarif isə qisas almaq üçün gənc qızı təqib edib və bu dəhşətli cinayət baş verib.

Sizin Reklam Yeriniz