Əlaqə Arxiv
news Image
2014.05.29
11:05
| A A A
Qubada yük maşını dərəyə aşıb, sürücü hadisə yerində ölüb

Bu gün gecə saatlarında Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın verdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunun 52-ci kilometrliyində qeydə alınıb.

 

1965-ci il təvəllüdlü Quba rayon sakini Ağayev Rəhman Şahkərim oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını yoldan çıxaraq dərəyə aşıb.

 

Sürücü R. Ağayev hadisə yerində dünyasını dəyişib.

 

Onun cəsədi əzilən avtomobildən çıxarılaraq Quba rayon Morquna gətirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz