Əlaqə Arxiv
news Image
2014.05.30
19:05
| A A A
Pakistanlıları da dəhşətə gətirən «namus» cinayəti

PAKİSTANLILARIN ÖZÜNÜ DƏHŞƏTƏ GƏTİRƏN DAŞQALAQ 


Movqe.az-ın Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, mayın 27-də Lahor şəhərində 25 yaşlı Fərzana Parveen (Fərzanə Pərvin)-in məhkəmənin həyətindəcə qohumları tərəfindən daş və dəyənəklərlə döyülüb-öldürülməsi  Pakistanın özündə də şok hissi yaradıb.


Ölkənin İnsan Haqları Komissiyasının hesablamalarına görə, təkcə ötən il ölkədə 869 qadını "namus" üstündə ailəsi tərəfindən öldürülüb. Ancaq elə hüquq müdafiəçisi Zia Aüan da deyir ki, hələ heç kimi günün günorta çağı şəhərin gur yerində, həm də dövlət idarəsinin həyətində belə vəhşicə öldürməmişdilər.


OLAY NECƏ BAŞ VERİB


Ferzana Parveen artıq bir neçə il idi ki, məhkəmə nikahıyla  45 yaşlı Muhammad İqballa yaşayırdı. Ancaq  ailəsi onu icasəsiz olaraq nikah bağlamaqla "namus"larını ləkələdiyini düşünürdü və polisə qızlarının qaçırılması barədə şikayət etmişdilər. Ferzana da həmin gün məhkəmədə əri tərəfindən qaçırılmadığı, əksinə, öz rizasıyla ərə getdiyini bildirən ifadə verməyə gedirdi.


Məhkəmənin həyətində onu qarşılayan 20-yə yaxın ailə üzvü – atası, qardaşları və qohumları öncə onu  ərindən zorla ayırıb, sonra döyməyə başlayıblar.  Ardınca kənd mollasından aldıqları fətvanə göstərib qadını kərpiclərlə daşqalaq edib, dəyənəklərlə ölüncəyə qədər döyüblər.  


Şahidlərin sözlərinə görə, bu zaman polis də sakitcə dayanıb işə qarışmayıb. Ailə üzvləri isə qanlar içində yaralı olan qızlarına təcili yardım göstərilməməsi üçün heç kimi yaxına buraxmayıblar. 


ATA "NAMUSUNU TƏMİZLƏDİYİNİ" DEYİR


Olay bir günün içində Qərb mediasının baş xəbərlərinə çıxandan sonra Baş nazir Nawaz Sharif cinayəti "dözülməz həyasızlıq" adlandırıb və polisə cinayəti ciddi araşdırmağı tapşırıb.

 

Həkimlər öldürülən qadının 3 aylıq hamilə olduğunu bildiriblər. Ferzananın atasından başqa bütün digər iştirakçıları olay yerindən qaçıb. Qızının meyiti yanında həbs olunan atası Mohammad Azeem törətdiyi cinayətdən peşman olmadığını, sadəcə bu yolla namusunu təmizlədiyini bildirib.


QIZIN ƏRİ ƏVVƏLKİNİ ARVADINI ÖLDÜRÜBMÜŞ


Ferzananın əri – Muhammad İqbal isə isə bildirib ki, onlar bir-birini seviblər və adətə görə evlənmək istəyiblər. Ancaq qızın qohumları böyük miqdarda başlıq parası istədiyindən kəbin yox, məhkəmədə rəsmi nikah bağlayıblar və birgə yaşamağa başlayıblar.


Həftənin sonunda isə, Muhammad İqbalın özüylə bağlı da yeni məlumatlar aşkarlanıb. Məlum olub ki, Muhammad bundan öncə evli olduğu arvadını, 5 övladının anası olan Ayesha Bibini 2009-cu ilin oktyabrında öldürübmüş. Onu öncə həbs ediblər, ancaq sonradan övladları analarının qanını bağışladıqlarından həbsdən buraxıblar. İndi Muhammadın 5 uşağından biri olan Aurang Zeb jurnalistlərə deyib ki, 5 il əvvəl olan olayı yenidən xatırlamaq istəmirlər, amma onlar mübahisə zəminində analarını öldürdüyünə görə atalarını bağışlayıblar.


BELƏ QATİLLƏR NİYƏ YÜNGÜL CƏZA İLƏ QURTULUR?


Pakistanda mövcud olan qaydalara görə, öldürülən şəxsin ailə üzvləri cinayətkarı bağışlasa, və ya müəyyən "qan pulu" barədə razılığa gəlsə qatil olan şəxs yüngül cəza almaqla azadlığa çıxa bilir.


25 yaşında öldürülən Ferzananın qatilini də bağışlayıb-bağışlamamaq qərarını elə onu öldürən ailəsi verə bilər.


Sizin Reklam Yeriniz