Əlaqə Arxiv
news Image
2014.06.09
17:16
| A A A
Ər arvadını döydü, sonra da zəhərlədi

Qafarov 6 uşaq anasını öldürmək üçün siçan dərmanından istifadə edib.


Cəlilabad rayonunda ailə dramı baş verib.


Movqe.az Anspress-ə istinadən xəbər verir ki, rayonun Babaxanlı kəndində ər arvadını öldürmək istəyib. Kişi bunun üçün ən sadə üsula əl atıb.


Belə ki, Babaxanlı kənd sakini 45 yaşlı Əlisahib Əziz oğlu Qafarov evdə övladlarının gözü qarşısında həyat yoldaşı Fəxriyyə Hıcağa qızı Əliyevanı döyüb. Daha sonra onu siçovulların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş zəhər içməyə məcbur edib. Nəticədə qadın kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Həkimlər Fəxriyyə Əliyevanın həyatını xilas edə bilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.


Qeyd edək ki, zərərçəkən Fəxriyyə Əliyevanın ona qəsd etməyə çalışan ərindən 6 övladı var.


Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Sizin Reklam Yeriniz