Əlaqə Arxiv
news Image
2012.07.03
17:28
| A A A
Atışmada 3 azərbaycanlı öldürüldü
Hərbçi münaqişə zəminində soydaşlarımıza atəş açıb, onun silahını almağa müvəffəq olan azərbaycanlı insidentin səbəbkarını və dostunu yaralayıb Yaroslavl vilayətinin Borisoqlebsk rayonunda azərbaycanlılarla naməlum iki şəxs arasında baş verən atışmada beş nəfər yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, hadisə Ustye çayının sahilində baş verib. Bir qrup azərbaycanlı yüksək səslə musiqiyə qulaq asıblar, bu zaman yaxınlıqda qadınlarla dincələn iki hərbçidən biri onlara yaxınlaşaraq musiqinin səsini azaltmağı xahiş edib. Azərbaycanlı səsi azaltmaqdan imtina edib, buna cavab olaraq hərbçi soydaşımıza travmatik tapançadan atəş açıb. Atəş nəticəsində üç azərbaycanlı yaralanıb, soydaşlarımızdan biri silahı hərbçinin əlindən almağa müvəffəq olub. Bundan sonra o həmin silahdan hərbçiyə və onun dostuna atəş açaraq onları yaralayıb. Soydaşlarımıza atəş açan hərbçinin vəziyyətinin ağır olduğu bildirilir. Başlamış cinayət işinin materialları Rusiya Təhqiqat Komitəsinin Yaroslavl qarnizonu üzrə hərbi-təhqiqat şöbəsinə verilib.
Sizin Reklam Yeriniz