Əlaqə Arxiv
news Image
2014.07.17
11:44
| A A A
ANS-in aparıcısının övladı eyvandan yıxılaraq ölüb

Ayaz Nizamioğlunun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər.

Şənbə günün Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Allah rəhmət eləsin!

Sizin Reklam Yeriniz