Əlaqə Arxiv
news Image
2014.07.21
13:06
| A A A
Sərxoş ata oğul qatili oldu

Abşeron rayonunda ata oğlunu öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, hadisə Qobu qəsəbəsində baş verib.


Belə ki, qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.


Hadisə ata ilə oğlun evdə mübahisəsi zamanı baş verib. Cinayəti törədərkən atanın sərxoş olduğu bildirilir.


Abşeron rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz