Əlaqə Arxiv
news Image
2012.07.10
18:57
| A A A
Sirlər sonu oldu

Movqe.Az xəbər verir ki, Amerikada bir gənc qız mafiyanın içinə girdikdən sonra öyrəndiyi sirlər üzündən öldürüldü.

Terror təşkilatları çox şey bilən və çox danışan insanları susdurmaq üçün hər yolu sınayar. Bunun son nümunəsi də ABŞda yaşandı. Oklahomada dolanışıq çətinliyi yaşayan Karina Saunders, pul qazanmaq üçün mafiya ilə əlaqəyə girib. Mafiyaya girməyi bacaran 19 yaşlı Saunders narkotik satmağa başlayıb. Bu sırada mafiya lideri Luis Ruiz ilə əlaqə saxlayıb. Bu sırada Saunders təşkilat haqqında bir çox məlumat öyrənib.

ƏVVƏL İŞGƏNCƏ VERDİLƏR

Təşkilatın narkotik ticarəti ilə yanaşı insan qaçaqçılığı da etdiyini öyrənən Saunders savaşdığı Ruizi polisə xəbər verəcəyini söyləyib. Buna görə Ruiz və adamları Saundersə işgəncə veriblər və bıçaqla gənc qızı parçalara ayırıblar. Daha sonra qadının cəsədi torbanın içinə yerləşdirilərək, fərqli bölgələrə basdırılıb. Polis istintaqı zamanı Saundersin cəsədi fərqli yerlərdə tapılıb.

Tutulan Ruiz, mühakimə olunacaq.

Sizin Reklam Yeriniz