Azərbaycanda polis əməkdaşı bıçaqlanıb
Bakıda polis əməkdaşı bıçaqlanıb.
Bu barədə APA-ya Klinik Tibbi
Mərkəzdən bildirilib. Hadisə ötən gecə Bakının Yasamal
rayonunda qeydə alınıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis
bölməsinin əməliyyat müvəkkili, 37 yaşlı Emin İdris oğlu Məmmədov
naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq
xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır
qiymətləndirilir.
Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə polis baş-leytenantı Emin Məmmədovun xidməti vəzifəsini yerinə yetirdiyi zaman törədilib. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.