Əlaqə Arxiv
news Image
2014.08.21
17:15
| A A A
AzTV-nin əməkdaşı faciəvi şəkildə öldü

Movqe.az APA-ya istinadən xəbər verir ki, Fizuli rayonunda bədbəxt hadisə baş verib. Fizuli Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz