Əlaqə Arxiv
news Image
2014.09.01
12:20
| A A A
57 min manatlıq oğurluq

Bakının Binəqədi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, paytaxtın Binəqədi rayon Polis İdarəsinə müraciət edən Davudov Naib Məcid oğlu yaşadığı mənzilə naməlum şəxs və ya şəxslərin soxulduğunu, mənzildən külli miqdarda pul və qızıl oğurlandığını bildirib.

"7-ci mikrorayon, 3126-cı məhəllədəki fərdi yaşayış evində heç kim olmadığı bir vaxtda mənzilin plastik pəncərəsi sındırılaraq evə daxil olunub. Daha sonra isə mənzildən 37 min manat pul və 20 min manat dəyərində qızıl oğurlanıb." – deyə şikayətçi yazdığı ərizəsində qeyd edib.

Binəqədi rayon Polis İdarəsindən bildirildi ki, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam edir.

Sizin Reklam Yeriniz