Əlaqə Arxiv
news Image
2014.09.02
13:05
| A A A
Bakıda iş adamının avtomobili yandırılıb (VİDEO)

Bakı sakininin avtomobili naməlum şəkildə yandırılıb.Yalnız bir kamera işlək vəziyyətdə qalıb.

Movqe.az saytı ANS TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Həsənov Məzahir Ziyadxan oğlu ona məxsus "Mercedes" markalı avtomobilin yandırıldığını iddia edir. Sözügedən avtomobil Məzahir Həsənovun Xətai rayonu, Ramiz Quliyev küçəsi, 4 ünvanlı evindəymiş.

Həsənov özü iş adamıdır və işi ilə əlaqədar Tiflisə də gedib-gəlirmiş. Elə bu hadisədən bir neçə gün əvvələ qədər də Bakıda olmayıb. Gecə avtomobil yanan vaxt isə evdə olsa da, bundan gec xəbər tutub.

Kamera görüntülərindən söz düşmüşkən, zərərçəkənin sözlərinə görə, hadisədən təxminən bir saat əvvəl evin küçəyə və həyətə baxan kameraları söndürülüb. Yalnız bir kamera işlək vəziyyətdə qalıb ki, onun istiqaməti də həyətin tamam başqa tərəfinə imiş. Yanğın söndürüləndən sonra isə yanmış avtomobilin ətrafından pivə şüşəsinin sınıqları tapılıb. Halbuki, ev sahibi ailəlikcə spirtli içkilərdən uzaq olduqlarını vurğulayır.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da baxış keçirib və zərərçəkən Məzahir Həsənov ifadəsinin alınması üçün idarənin təhqiqat şöbəsinə dəvət olunub.

Hərçənd ki, hadisə yerinə ekspert baxışı keçirilməyib və hər hansı bir nümunə götürülməyib. Zərərçəkmiş ailəni isə indi malının dəyərindən çox öz təhlükəsizliyi narahat edir. Hadisənin düyününün açılması isə aparılan araşdırmaların sonuna qalır.

Sizin Reklam Yeriniz