Əlaqə Arxiv
news Image
2014.09.08
18:37
| A A A
Məhkumun gizlətdiyi silah-sursat üzə çıxdı

Məhkum "Makarov", 2 ədəd güllə və bir F-1 əl qumbarasını təhvil verib

Bakıda hazırda məhkumluq həyatı yaşayan şəxs gizlətdiyi silah-sursatı könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verib.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, Xidmətin Əməliyyat-rejim idarəsinin Müalicə müəssisəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-profilaktiki tədbirlər nəticəsində bir neçə silah-sursat aşkar edilib. 14.02.1992-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, ev 19 ünvanında yaşamış, məhkum Şərifov Ehtiram Bəxtiyar oğlu tərəfindən könüllü olaraq bir ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, 2 ədəd 9 mm. kalibrli güllə və bir ədəd F-1 markalı əl qumbarası təqdim olunub.


Odlu silah və sursatlar hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Nizami rayon Polis şöbəsinə təhvil verilib.


Qeyd edək ki, E.Şərifov Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma; əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 66.3-cü (təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Sizin Reklam Yeriniz