Əlaqə Arxiv
news Image
2014.09.16
21:51
| A A A
Bakıda müəmmalı qətl

Bakının Suraxanı rayonunda iki nəfər öldürülüb. 


Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsinin əməliyyatçısı, polis baş leytenantı Elvin Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, Əmircan qəsəbəsi Zahid Əliyev küçəsi, 53 saylı evdə qətlə yetirilmiş iki nəfərin meyidi aşkarlanıb.


Araşdırmalar zamanı məlum olub ki, öldürülən şəxlərdən biri 44 yaşlı Bəkir Musayev və onun dostu, 54 yaşlı Sabir Abbasovdur.


"Deyilənlərə görə, hər iki şəxs yaxın dost olub. Ehtimal olunur ki, hər iki şəxs küt alətlə öldürülüb. Onların kimin tərəfindən və hansı məqsədlə qətlə yetirildiyi hələlik məlum deyil.


Hazırda araşdırmalara başlamışıq. Əməliyyata mən özüm nəzarət edirəm", - deyə Elvin Cəfərov bildirib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz