Əlaqə Arxiv
news Image
2014.09.24
17:35
| A A A
Qadın alveri ilə məşğul olan taksi sürücüsünə 4 il cəza
Bakı Ağır cinayətlər məhkəməsində Ağdam rayon sakini Qafur Bağırovun cinayət işinin baxışı yekunlaşıb.


"Qafqazinfo" xəbər verir ki, taksi sürücüsü işləyən Qafur Bağırov qadınları cinsi istismar etmək niyyəti ilə bu il yanvar ayının əvvəllərində Atatürk prospektində, Ayna Sultanova heykəlinin yaxınlığında şəhər sakinləri Oksana Hacımirzəyeva və Xanım Əliyeva ilə tanış olub. Bir müddətdən sonra onların maddi imkansızlıqlarını bilib, zəif vəziyyətlərindən sui-istifadə edərək, tanışı Sevinc Xəlilovanın vasitəsi ilə onları BƏƏ-nin Dübay şəhərindəki otellərdən birində qeydiyyatçı kimi işə düzəldəcəyini vəd verib. Lakın Xanım Əlyevanın xarici pasportu olmadığı üçün o həmin ərəfədə gedə bilməyib. Dübay şəhərindəki bank vasitəsi ilə göndərilən pula Qafur Oksanaya aviabilet alaraq, fevralın 4-də onu Hava limanından Dübaya yola salıb. Orda onu Sevinc Xəlilova, şəxsiyyətləri istintaqla müəyyən olunmayan Vüsalə və Cəfər adlı şəxslər qarşılayaraq yaşadığı evə gətiriblər. Xarıcı pasportunu əlindən alandan sonra, Oksana Hacımirzəyevanı həmin tarixdən martın 4-dək Dubayın müxtəlif yerlərində müştərilərlə görüşdürərək cinsi istismara məruz qoyublar.

Bundan əlavə, Qafur Bağırov analoji yolla Binəqədi rayonunun Naxçıvani küçəsində fevral ayında tanış olduğu şəhər sakini Aybəniz Məmmədovanı və xarici pasportunu alan Xanım Əliyevanı aldadıb. Martın 1-də o hər ikisini Hava limanından Dübaya yola salıb və Sevinc Xəlilovanın mütəşəkkil qrupu tərəfindən həmin şəhərdə pul ödənişləri müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olublar.

Qafur Bağırov Bakıda İnsan alverinə qarşı Baş mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi qaldırılıb.

Məhkəmənin hökmü ilə Q.Bağırov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Sizin Reklam Yeriniz