Əlaqə Arxiv
news Image
2014.09.25
11:37
| A A A
Ağcabədidə 56 yaşlı qadın itkin düşüb
Ağcabədi rayonunun Qaravəli kənd sakini Fatma Məhərrəmova avqust ayının 5-dən itkin düşüb. 


Movqe.az xəbər verir ki, bu barədə "Bizim Yol" qəzetinə onun qardaşı Məhərrəm Məhərrəmov məlumat verib. Bildirib ki, bacısı ilə sonuncu dəfə avqustun 5-də təmasda olub: "Bizə bu barədə bacımın evində işləyən usta məlumat verdi. Mənə zəng vurdu ki, evin qapıları bağlıdır, mən də ona bildirdim ki, bacıma deyərəm, işlərim olduğuna görə maraqlana bilmədim.  Səhəri gün usta yenə zəng vurdu ki, evdə heç kim yoxdur, qapılar qıfıllıdır. Bundan sonra Fatmanın evinə getdim, vəziyyətdən hali olandan sonra DİN-in 102 xidmətinə zəng vurdum. Oradan bizi Ağcabədi rayon Polis Şöbəsinə yönəltdilər. Az keçmədi ki, şöbədən əməliyyat qrupu gəldi". M.Məhərrəmovun dediyinə görə, yerli polis bacısının itkin düşməsi ilə bağlı 10 gün ərzində təhqiqat, araşdırma aparıb. Amma Fatmanın taleyinə aydınlıq gətirmək mümkün olmayıb. Bundan sonra polis şöbəsində Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi qaldırılıb.  

M.Məhərrəmov daha sonra bildirdi ki, bacısı iki övlad sahibidir: "Oğlunun biri Maştağada Ruhi Əsəb Dispanserində müalicə olunur. Digər oğlu isə mədrəsədə dini təhsil alıb, molladır. "Oğlunun ruhi xəstəxanaya düşməsi bacıma çox pis təsir etmişdi. O, uşaqlarını əllərinin qabarı ilə böyüdüb. Çox əziyyətli günlər görüb".

Qardaşının sözlərinə görə, F.Məhərrəmovanın maddi imkanı pis olmayıb. "8 baş mal qarası, çoxlu sayda toyuq cücəsi olub. Həmçinin faizlə pul verib oradan gələn gəlirlə dolanıb. Biz bilən,  heç kimlə münaqişəsi olmayıb".


Sizin Reklam Yeriniz