Əlaqə Arxiv
news Image
2014.09.26
18:42
| A A A
“Ulduz” stansiyası yaxınlığında dava- Ölən var
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. 


Movqe.az APA-ya istinadən xəbər verir ki, gənclər arasında yaranan mübahisə onlardan birinin ölümü ilə başa çatıb.

Hadisə  Müzəffər Nərimanov küçəsi, 4 ünvanında,  metronun "Ulduz" stansiyasının yaxınlığında baş verib. Hüseynov Yasin Laçın oğlu aralarında yaranmış mübahisə zəminində tanışı 23 yaşlı Əkbərov Rahib Sahib oğlunun bud nahiyəsinə bıçaqla xəsarət yetirib. Cinayəti törədən Yasin Hüseynov hadisə yerindən qaçaraq istintaqdan yayınmaq istəyib. Yaralı Rahib Əkbərov isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Rahib Əkbərov xəstəxanada dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Yasin Hüseynovu isə 17-ci polis bölməsinin əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər. Hələlik qətlin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə maddəsi) ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz