Oğlunun sincab olduğunu düşünüb öldürdü
Movqe.Az türk mediasına istinadən xəbər
verir ki, Türkiyənin Alanya mahalında albalı ağacına çıxan
oğlunu sincab sanaraq tüfənglə öldürən ata sövq edildiyi məhkəmə
tərəfindən sərbəst buraxılıb.
Alanyanın "Gören" yaylasında evinin qarşısında oturduğu vaxt ağacdan gələn səslər nəticəsində sincabların albalıları yediyini düşünən 70 yaşlı Y. E. ov tüfəngiylə ağaca doğru atəş açıb.
Tüfəngdən çıxan güllələr ağacdakı oğlu 48 yaşlı Harun Ergençin başına və qoluna dəyib. Ağacdan düşən Harun Ergenç hadisə yerində dünyasını dəyişib. "Görən" yaylasına gələnn polislər ata Ergençi nəzarətə aparıb.Onlar hadisə yerində araşdırma apardıqdan sonra Ergençin cəsədinin yarılması üçün Alanya Bələdiyyəsi morquna göndəriblər.
Nəzarətə alınan ata Y. E. "Mərkəz Jandarma Polis bölməsi Komandirliyi"nə aparılıb. Sorğudan sonra ata Y. E. sövq edildiyi məhkəmə tərəfindən sərbəst buraxılıb.