Bakıda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.
Nəticədə, Q.Əliyev, sərnişinləri - 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə xəstəxanaya yerləşdiriliblər. Q.Əliyev aldığı bədən xəsarətlərindən orada ölüb.