Əlaqə Arxiv
news Image
2014.10.23
18:50
| A A A
Oğul namus üstə anasını öldürdü - Xırdalanda

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib. Movqe az xəbər verir ki, hadisə Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yeni tikilmiş binada baş verib. 1971-ci il təvəllüdlü Fatma Oruc qızı Qurbanova öz oğlu, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə tərəfindən öldürülüb. Onun anasını boğaraq öldürdüyü bildirilir.

Anasını öldürən 22 yaşlı H.Nağızadə hadisədən dərhal sonra polisə təslim olub.

Faktla bağlı Abşeron Prokurorluğunda cinayət işi açılıb. H.Nağızadə qətli namus üstündə törətdiyini bildirib.

Sizin Reklam Yeriniz