Üç hakim cəzalandırıldı
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Teleqraf.com
xəbər verir ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda
insan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi,
bu sahədə hakimlərin peşəkarlığının artırılması və mövcud
problemlərin aradan qaldırılması üzrə qarşıda duran məsələlər
diqqətə çatdırılıb. Tədbirdə həmçinin, hakimlər barədə başlanılmış
intizam icraatlarına baxılmış, məhkəmə aktlarının vaxtında tərtib
edilməməsinə, icra intizamının digər kobud pozulması hallarına və
süründürməçiliyə yol verməklə, tərəflərin hüquq və mənafelərini
təmin etmədiyinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi
Aqşin Əfəndiyevə töhmət verilib. Həmçinin ağır yol nəqliyyat
hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə
təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və
qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən rayon
məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulub. Eyni zamanda
iclasda tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada
məlumatlandırmadığına, məhkəmə qərarlarını tərəflərə vaxtında
göndərmədiyinə və digər pozuntulara yol verdiyinə görə 1 hakim
barədə intizam icraatı başlanılıb, bəzi kadr məsələlərinə baxılıb.
- See more at: http://teleqraf.com/news/28279#sthash.oCLzgJAS.dpuf