Əlaqə Arxiv
news Image
2014.11.07
15:17
| A A A
Şəmkirdə evə maskalı basqın

Şəmkir rayonunda mənsillərdən birinə silahlı baqın olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saat 1 radələrində məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində olub.


Belə ki, 4 nəfər maskalı şəxs evin qapısını sındıraraq içəri giriblər. Naməlum quldurlar ev sahibi 58 yaşlı Hüseyn Səfərova, onun həyat yoldaşı, 62 yaşlı Ağgül Səfərovaya, oğlu, 32 yaşlı Ruslan Səfərova və gəlini, 23 yaşlı Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetiriblər.


Daha sonra quldurlar evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparıblar. 


İnsident zamanı evə qonaq gələn Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb.


Yaralılar xəstəxanaya yerləşdirilib.


Cinayəti törədən şəxslərin kimliyi barədə heç bir məlumat yoxdur.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz