Əlaqə Arxiv
news Image
2014.11.15
12:10
| A A A
Gəncədə 40 yaşlı kişi bıçaqlanıb
Movqe.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saatlarında Gəncə şəhəri 4-cü mikrarayon ərazisində 40 yaşlı şəhər sakiniŞahin Zeynalovbıçaqlanıb.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat zamanı onun üzərində daxilə nüfuz edən 3 bıçaq zərbəsi aşkarlanıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğundan Zeynalovu reanimasiya şöbəsinə yerləşdirib.

Gəncə Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, Şahin Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məkum deyil. Istintaq əməliyyat tədbirləri davam etdirilir.
Sizin Reklam Yeriniz