Əlaqə Arxiv
news Image
2012.07.28
11:12
| A A A
Baş Prokurorluq Salyan rayonunda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Salyan rayonunda törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 27-də saat 13:00 radələrində Salyan rayonunun Arbatan kənd sakini Hüseynov Xəlil Ramiz oğlu qısqanclıq zəminində həyat yoldaşı Axundova Kubra Abdulrəhim qızını və bacısının əri, Gözəlov Zaur Nizam oğlunu özündə olan bıçaqla vuraraq qəsdən öldürüb, bundan sonra isə həyat yoldaşının xalası oğlu Baxışov Cəlal Nizami oğlunu da bıçaqla vuraraq yaralayıb. Sonuncu ağır vəziyyətdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış zamanı cinayətin aləti olan bıçaq aşkar edilərək götürülüb, meyitlər daxili müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təqdim edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəlil Hüseynov tutulub.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

X.Hüseynov ilkin ifadəsində törətdiyi cinayəti tam etiraf edib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
 
Sizin Reklam Yeriniz