Azərbaycanlı jurnalistin oğlu intihar etdi
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı
intihar edib.
İntihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın sözlərinə görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir.
İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.
Hadisənin təfərrüatı araşdırılır.