Quba sakinini maşın vurdu
Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba – Xaçmaz yolunun Zərdabi kəndi ərazisində baş verib.
Quba rayon sakini, 1959-cu il təvəllüdlü Hacıyev Vidadi Kişibala oğlu nu "Ford Tranzit" markalı avtomobil vurub.
Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.